Dünya 18:27 20.07.2019

Türkiyə diplomatını öldürən terrorçu ələ keçdi - Deputatın qardaşıdır

İraqın Ərbil şəhərində Türkiyə diplomatlarına qarşı terror hücumunun iştirakçısı olan Mazlum Dağ tutulub.

Qaynarinfo Ərbil Polis Şöbəsinə istinadən xəbər verir ki, Türkiyə Baş Konsulluğunun əməkdaşlarına hücum edən Mazlum Dağ və daha 3 nəfər ələ keçirilib.

Qeyd edək ki, Mazlum Dğ 2014-cü ildə PKK-ya qoşulub. Onun özünü gizlətmək üçün Ərbildə indiyədək 3 türk restoranında çalışdığı və aylıq 700 min dinar (təxminən 600 dollar) maaş aldığı və restoran işçiləri üçün nəzərdə tutulan binada yaşadığı bildirilir. O, Xalqların Demokratik Partiyasından (HDP) deputat olan Dersim Dağın qardaşıdır. Saxlanılan terrorçudan birinın qadın olduğu deyilir.

Onu da qeyd edək ki, terror hücumçu zamanı türk diplomat Osman Köse və iki yerli sakin həlak olub