Siyasət 16:12 14.01.2022

Türkiyə-Ermənistan danışıqları başa çatdı

Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında Rusiyanın paytaxtı Moskvada keçirilən ilk görüş başa çatıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışıqlar 1,5 saat çəkib.

Görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması müzakirə olunub.