Foto 12:13 31.07.2020

Türkiyə F-16-ları Azərbaycana gəldi (FOTO/VİDEO)

"TurAz Qartalı - 2020” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.

Qaynarinfo Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarşılanma mərasimində çıxış edənlər təlimlərin Azərbaycanda təşkil olunmasının vacibliyini vurğularaq bundan qürur hissi duyduqlarını bildirib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində iştirakçılara uğurlar arzulayıblar.