Dünya 13:57 24.03.2019

Türkiyə hərbçiləri qəzaya düşdü: ölən və yaralananlar var

Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb.

Qaynarinfo yerli mətbuatına istinadən xəbər verir ki, hadisə Şırnak vilayətinin Silop rayonunda baş verib.

Hərbi avtomobilin aşması nəticəsində 1 əsgər həlak olub, daha 20 əsgər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.