Xəbər lenti

Türkiyə ilə Ermənistanın ilk görüşü: hansı nəticələr əldə edildi? - Politoloq
Siyasət 17:22 15.01.2022

Türkiyə ilə Ermənistanın ilk görüşü: hansı nəticələr əldə edildi? - Politoloq

"İlk görüşdə hansısa əməli qərarlar verilmədi, ola bilsin, ikinci görüşdə bu baş versin”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında baş tutan ilk görüşü şərh edərkən deyib:

"İlk görüş barədə çox qıt məlumat verilib. Sadəcə, məlumat verilib ki, tərəflər əlaqələrin bərpasında maraqlıdır və saat yarımlıq görüş səmərəli, xoş şəraitdə keçib. Görüşdə fikir mübadiləsi olub. İndi nümayəndələr yəqin ki, rəhbərliklərinə müzakirə edəcəklər. Onlardan müvafiq tapşırıqlar alandan sonra da ikinci görüşdə yəqin ki, hansısa ilk əməli qərarları verəcəklər”. 

Ekspert düşünür ki, növbəti bu sayaq görüş də Rusiyada keçiriləcək:

"Bölgədə ən əhəmiyyətli oyunçu Rusiyadır. Ermənistan və Azərbaycan da daxil olmaqla bölgəni nəzarətdə saxlayır. Həmçinin, Moskva Türkiyə ilə əlaqələr qurur. Ona görə düşünürəm ki, nümayəndələr arasında növbəti görüş seriyası da Moskvada olacaq. Ola bilsin, hansısa əsas məsələlər həll olunandan sonra Rusiya görüşlərin Ankara, ya da İrəvanda keçirilməsinə imkan versin”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->