Xəbər lenti

Dünya 21:22 16.09.2021

Türkiyə-İran sərhədi açıldı

Türkiyə və İran sərhədlərini qarşılıqlı şəkildə açıb.

Qaynarinfo "Haber Global"a istinadən xəbər verir ki, sentyabrın 16-dan etibarən Kapıköy sərhəd-keçid məntəqəsindən vətəndaşların və nəqliyyat vasitələrinin gediş-gəlişi bərpa olunub.

Bildirilib ki, keçid PCR testi vermiş və vaksin pasportuna malik şəxslər üçün mümkün olacaq.

Bundan əlavə, Gürbulak və Esendere sərhəd-keçid məntəqələrindən də buraxılış bərpa olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->