İdman 14:41 16.12.2018

Türkiyə klubunun binasına silahlı hücum

Türkiyənin "Malatyaspor" klubunun binasına silahlı hücum olub.

Qaynarinfo xəbər verir ki, hadisə ötən axşam Bakı vaxtı ilə saat 02.00 radələrində baş verib. Məlumata görə, bir avtomobillə bazaya gələn maskalı iki şəxs klubun ofisinə atəş açıb.

Təhlükəsizlik xidmətinin məlumat verməsindən sonra olay yerinə çox sayda polis əməkdaşı gəlib. Hadisə zamanı xəsarət alan olmasa da, binanın pəncərələrinə 3 güllə dəyib.