Video 08:41 09.10.2019

Türkiyə ordusu Suriya ilə sərhədə hərbi texnika yeridir (VİDEO)

Türkiyə Suriya ilə sərhəd əraziyə zirehli texnika göndərib.

Qaynarinfo xəbər verir ki, RT kanalının yaydığı videoda "M60" tankarı, "M113" zirehli daşıyıcıları Şanlıurfanın Akçakala şəhərindən yola düşüb. Türkiyə mediasının məlumatına görə, 130 ədəd nəqliyyat vasitəsi sərhədə doğru irəliləyir. 

Qeyd edək ki, ötən günlərdə ABŞ prezidenti Donald Tramp qoşunlara Fəratın şərqini tərk etmək barədə göstəriş verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ərazidə əməliyyata başlayacaqlarını açıqlayıb.