Xəbər lenti

Türkiyə Parisdəki səfirini geri çağıracaq?
Dünya 15:32 28.10.2020

Türkiyə Parisdəki səfirini geri çağıracaq?

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Charlie Hebdo”da yayımlanan çirkin karikaturadan sonra Fransa ilə yaşanan böhranla bağlı açıqlamalar verib.

"Haber Global” məlumat verir ki, türkiyəli nazir ölkənin Fransadakı səfirini geri çağırıb-çağırmayacağı ilə bağlı danışıb:

"Bu gün Jak Şirakın 2006-cı ildəki sözləri ilə cavab verdik. Ölkə daxilində araşdırma başladılıb. İstər Fransada, istərsə də beynəlxalq səviyyədə həm hüquqi, həm diplomatik prosesi izləyirik. Parisdəki səfirin geri çağırılacağı bir vəziyyət yoxdur, telefonla əlaqə saxlayırıq”.

Mövlud Çavuşoğlu "Twitter” hesabından "Bir zamanlar Fransa” qeydi ilə Fransanın keçmiş prezidenti Jak Şirakın 8 Fevral 2006-cı ildə Məhəmməd peyğəmbərin karikaturasının yayılmasına münasibətini paylaşıb.

Sözügedən paylaşımda aşağıdakı ifadələr var:

"Karikaturalar və müsəlman dünyasındakı reaksiyalarla əlaqəli olaraq, ifadə azadlığının dövlətin təməllərindən biri olması ilə yanaşı, eyni zamanda tolerantlıq və bütün inanclara hörmət dəyərlərinə əsaslandığını xatırladıram. Başqalarının inanclarına və xüsusilə dini inanclarına xələl gətirən hər şeydən çəkinmək lazımdır. İfadə azadlığı məsuliyyət ruhunda istifadə edilməlidir. Təhlükəli şəkildə alovlana biləcək bütün açıq təxribatları qınayıram”.

Qeyd edək ki, "Charlie Hebdo” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı da karikatura yayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->