Xəbər lenti

Türkiyə qan ağlayır: Suriyada 33 əsgər şəhid oldu
Dünya 09:18 28.02.2020

Türkiyə qan ağlayır: Suriyada 33 əsgər şəhid oldu

İdlibdə Bəşər Əsədə sadiq olan Suriya qoşunları Türkiyə Silahlı Qüvvələrinə hücumu edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib. Hava hücumu nəticəsində 33 türk əsgəri şəhid olub, 36 əsgər yaralanıb.

Gecə saatlarında Türkiyə ordusu hərbçilərin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirib. Bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələndirmə üzrə sədri Fahrettin Altun məlumat verib.

Onun sözlərinə görə, şəhid olan Türkiyə hərbçilərinin qanı yerdə qalmayacaq:
 
"Suriya ordusunun hədəflərinə atəş açmaq üçün hava və quru qüvvələrindən istifadə edilir. Suriyadakı fəaliyyətimiz bayrağımıza uzadılmış əllər qırılana qədər davam edəcək”.

Son məlumatlara görə, aviazərbələr nəticəsində Bəşər Əsədə sadiq qüvvələrə məxsus maşın karvanı məhv edilib. Məlumatı verən mənbənin sözlərinə görə, "M-5” beynəlxalq şossesi (şimal-cənub) ilə hərəkət edən Suriya ordusunun əsgərləri bombardman edilib.

Türk qüvvələrinin artilleriyası Hələbin şimalında Tel-Rifat şəhərində Suriya qoşunlarının mövqelərinə də intensiv atəş açıb.

Bu arada Türkiyənin rəsmi xəbər agentliyi "Anadolu” bildirib ki, son iki həftə ərzində Türkiyə hərbi qüvvələri Suriya hökumət qoşunlarının 130-a yaxın hərbi texnikasını sıradan çıxardıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->