Xəbər lenti

Türkiyə S-400-lərlə bağlı ABŞ-ın sanksiya təhdidinə cavab verdi
Dünya 17:26 23.11.2020

Türkiyə S-400-lərlə bağlı ABŞ-ın sanksiya təhdidinə cavab verdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Vaşinqtonun Türkiyənin Rusiyadan S-400 zenit raket sistemlərini alması ilə əlaqədar Ankara ilə siyasi bazarlıq etməsinin yersiz olduğunu bildirib. 

Qaynarinfo xəbər verir ki, Çelik bu haqda öz Twitter hesabında yazıb. O bildirib ki, hərbi texnika dövləti qorumaq üçün alınıb.

Müxalif Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) xarici əlaqalər üzrə partiya sədrinin müavini Ünal Çeviköz də S-400-lərin yerləşdirilmədiyini iddia edib: "Rəsmi Ankara Amerikanın sanksiyalarından qorxur”.

Çelikin sözlərinə görə, Çeviköz bu cür açıqlamalarla Türkiyənin təhlükəsizliyini qorumaq üçün alınan S-400 hava müdafiə sistemlərinin satınalmasını ləğv etmək üçün Vaşinqtona kart-blanş verir.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->