Xəbər lenti

Türkiyə və Rusiya uçuşları bərpa etməyə razılaşdı - Siyahı və tarix
Dünya 14:29 15.07.2020

Türkiyə və Rusiya uçuşları bərpa etməyə razılaşdı - Siyahı və tarix

İyulun 15-dən etibarən Rusiya ilə Türkiyə arasında hava nəqliyyatı bərpa ediləcək. 

Qaynarinfo xəbər verir ki, bu haqda Anadolu Agentliyi Türkiyə Nəqliyyat Nazirliyinə istinadən xəbər verib. Məlumata görə, hər iki ölkənin səlahiyyətliləri bu mövzuda razılığa gəliblər.

Bir qədər bundan əvvəl isə Türk Hava Yolları avqustun əvvəlindən Rusiyaya uçuşları bərpa edəcəyini açıqlamışdı.

Qeyd edək ki, Rusiya hakimiyyəti 15 iyuldan bir sıra ölkələrlə sərhədlərin açılması ilə bağlı məsləhətləşmələrə başlayacaqlarını bildirib. Rospotrebnadzor 13 ölkə ilə reyslərin bərpa olunmasını tövsiyə edib: İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İtaliya, Hollandiya, Norveç, Polşa, Finlandiya, Vyetnam, Çin, Monqolustan və Şri Lanka.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->