Türkiyə XİN:

Türkiyə XİN: "Erməni təcavüzü cavabsız qalmayacaq"

"Erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz bölgəsində gerçəkləşdirdiyi hücumu şiddətlə qınayırıq. Həyatını itirən azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını diləyirik. Türkiyə ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanları ilə Azərbaycanın yanında yer almağa davam edəcək".

Qaynarinfo xəbər verir ki, belə bir bəyanatla Türkiyənin Xarici İşlər Nazirliyi çıxış edib. Bildirilib ki, Ermənistanın təcavüzkar millətçilik anlayışının yeni bir təzahürü olan bu hücumun qarşısının Azərbaycan tərəfindən alınması növbəti belə hücumların qarşılıqsız qalmayacağının sübutudur.

Açıqlamada həmçinin Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətrafındakı ərazilərdə illərdir apardığı qanunsuz işğaldan başqa yerlərə çəkmək və ixtilafa yeni miqyas qazandıraraq siyasi həll yolunun qarşısını kəsmək üçün etdiyi bu təşəbbüslərin nəticəsiz qalmağa məhkum olduğuna diqqət çəkilib.

Bəyanatda Ermənistan tərəfinin bu cür təhlükəli taktikalardan imtina etməsi, rasional davranması və qanunun yolunu seçməsi, qabiliyyətini aşan ambisiyalara yer verməsinin bölgədəki sülh və sabitlik qarşısında ən böyük maneə olduğu qeyd edilib. 

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR