Türkiyədə 56 saatlıq

Türkiyədə 56 saatlıq "Evdə qal!" rejimi başladı

Türkiyədə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərlə əlaqədar növbəti 56 saatlıq "Evdə qal!” rejimini başlayıb.

Qaynarinfo xəbər verir ki, yanvarın 15-də saat 21:00-da qüvvəyə minən rejim yanvarın 18-də saat 5:00-dək davam edəcək.

Qeyd edək ki, hazırda Türkiyədə "Evdə qal!” rejimini iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR