Türkiyənin Tokat vilayətinin Erbaa rayonunda hüquq-mühafizə orqanları 2 avtobusda 4710 qutu siqaret və 133 şüşə spirtli içi ələ keçirib.
Qaynarinfo "Hürriyət"ə istinadən xəbər verir ki, polis Dəyirmanlı kəndinin yaxınlığındakı yolayrıcında keçirib. Nəticədə 2 avtobusda Türkiyəyə qaçaqmal olaraq siqaret və spirtli içki aparan 9 Azərbaycan vətəndaşı saxlanılıb.
Həmyerlilərimiz 71 min 298 lirə (təxminən 32 min 326 manat) cərimə olunub. Avtobus sürücülərinə isə 2 min 854 lirə (təxminən 1234 manat) cərimə kəsilib.
Şərhlər