Türkiyənin Qaziantep şəhərindən İstanbul istiqamətində hərəkət edən sərnişin avtobusu yük maşınına çırpılıb.
Qaynarinfo Haberler-ə istinadən xəbər verir ki, gecə saatlarında baş verən hadisə 6 nəfərin ölümü, 5 nəfərin ağır yaralanması ilə nəticələnib. Həyatını itirənlərdən 4-ü eyni ailənin üzvləridir.
Əraziyə çox sayda təhlükəsizlik və təcili yardım qrupu cəlb edilib. Meyitlər morqa aparılıb.
Qəza ilə əlaqədar istintaq prosesinə start verilib.
Gülşən
Şərhlər