Xəbər lenti

Türkiyədə ard-arda güclü zəlzələlər: dağıntılar altında qalanlar var
Dünya 16:31 08.08.2019

Türkiyədə ard-arda güclü zəlzələlər: dağıntılar altında qalanlar var

Türkiyədə növbəti güclü zəlzələ qeydə alınıb.

Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, Dənizli əyalətində ard-arda müşahidə edilən iki təkanın gücü 6 və 4,2 bal olub. Şəhərin bələdiyyə sədri Osman Zolan təbiət hadisəsi nəticəsində dağıntının baş verdiyini, uçmuş tikililərin altında qalaraq xəsarət alanların olduğunu bildirib. Təsdiqlənmiş ölüm xəbəri yoxdur.

Xatırladaq ki, ötən saatlarda İzmirdə 4,8 bal gücündə zəlzələ olmuşdu.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->