Dünya 16:45 06.06.2019

Türkiyədə fabrikdə güclü yanğın: 5 ölü, 5 yaralı var

Türkiyənin Kocaeli bölgəsinin Çayırova ərazisində yerləşən tekstik fabriki və anbarda baş verən yanğın 5 nəfərin ölümü ilə nəticələnib.

Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, binada yanğınla birlikdə güclü partlayış baş verib. Hadisə zamanı iş yerində 30 nəfər olub, onlardan 5-i ölüb, 5 nəfər isə yaralanıb. 

Səbəbi qeyri-müəyyən qalan yanğını söndürmək üçün 30 yanğınsöndürən maşın cəlb edilib. Yanğın 4,5 saat sonra nəzarət altına alınıb.

Gülşən