Video 16:26 03.07.2020

Türkiyədə fişəng zavodu partladı: ölən və yaralananlar var

Türkiyənin Sakarya vilayətindəki fişəng zavodunda partlayış baş verib.

Qaynarinfo xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, 97 nəfər isə yaralanıb. 

Səhiyyə naziri Fəxrəddin Qocanın verdiyi açıqlamaya görə, hadisə yerinə 85 təcili yardım maşını, 2 helikopter ambulansı, 11 milli səhiyyə xilasetmə briqadası cəlb edilib.

Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Camal