Türkiyə-Suriya sərhədində, Hatay vilayətindəki Cilvegözü nəzarət-keçid məntəqəsində güclü partlayış baş verib. Bu barədə "CNN Türk" telekanalı məlumat verir.
Telekanalın məlumatına görə, partlayış nəzarət-keçid məntəqəsinin yaxınlığındakı Suriya nömrəli maşında baş verib.
Türkiyə Gömrük Nazirliyinin məlumatına görə, ölənlərin sayı 12-yə çatıb, 28 nəfər xəsarət alıb.
Ölənlərdən 3-nün türk, 9-nin isə suriyalı olduğu bildirilir. Yaralılardan 5-i türk olmaqla 13-nün vəziyyəti ağır qiymətləndirilir (trend.az).
Qaynar.info
Şərhlər