Dünya 18:47 26.03.2019

Türkiyədə hava limanında atışma: xəsarət alanlar var (FOTO)

Türkiyənin Kayseri şəhərində hava limanında atışma olub.

Qaynarinfo "Habertürk"ə istinadən xəbər verir ki, atışma zamanı hava limanının təhlükəsizliyini təmin edən bir neçə polis əməkdaşı yaralanıb.

Hadisə yerinə təcili yardım maşınları gəlib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı açıqlanmır.