Xəbər lenti

Dünya 16:25 07.04.2021

Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Pilot həlak oldu

Türkiyənin Konya vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Qaynarinfo-nun məlumatına görə, qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib. 

Məlum olub ki, təyyarə "Türk ulduzları" aviaakrobatika qrupuna məxsus NF-5 təyyarəsidir. Qəza təlim zamanı baş verib.

Türkiyə Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında qəzanın səbəbinin bilinmədiyi qeyd edilir. Həmçinin, məsələ ilə əlaqədar araşdırmalara başlanıldığı vurğulanır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?