Dünya 22:39 30.11.2020

Türkiyədə karantin qaydaları yenidən sərtləşdirildi

Türkiyə hökuməti ölkədə koronovirus riskini azaltmaq üçün məhdudiyyətləri sərtləşdirib.

Qaynarinfo xəbər verir ki, yeni qaydalara əsasən, Türkiyədə həftənin ilk beş günü saat 21.00-dan 05.00-dək evdən çıxmaq qadağan edilib. Şənbə günü axşam 21-də başlanan "evdə qalmaq” kampaniyası bazar ertəsi saat 5.00-a qədər qüvvədə olacaq.

Bundan əlavə, evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, eləcə də 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.