Türkiyədə məhkəmə 10 keçmiş admiralı həbsdən azad etdi

Türkiyədə məhkəmə 10 keçmiş admiralı həbsdən azad etdi

Ankara məhkəməsi daha əvvəl Montrö konvensiyasını müdafiə edən bəyanat yayması ilə əlaqədar saxlanılan 10 keçmiş admiralı sərbəst buraxıb.

Bu qərara baxmayaraq, istefada olan hərbçilərə ölkədən çıxma qadağası qoyulub.

Xatırladaq ki, aprelin 4-ü Türkiyənin istefada olan 104 admiralı birgə bəyanat yayaraq Montrö konvensiyasını Türkiyənin diplomatik qələbəsi adlandırmışdı.

Bəyanatı yayan admiralların fikrincə, həmin sənədə əsasən, Bosfor və Dardanel boğazlarında Türkiyənin suveren hüquqları bərpa edilib. Bu səbəbdən Bosfor boğazına paralel olaraq keçəcək, Mərmərə və Qara dənizləri birləşdirəcək "İstanbul” kanalı layihəsi ilə əlaqədar razılaşmaya yenidən baxılması haqqında müzakirə qəbuledilməzdir.

Qeyd edək ki, Montrö müqaviləsi 1936-cı ildə imzalanıb. Bu müqaviləyə əsasən, dünya dövlətləri Türkiyənin boğazlar üzərində hüququnu tanıyıb. /Qafqazinfo
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR