Dünya 18:54 04.08.2021

Türkiyədə meşə yanğınları ilə bağlı son vəziyyət

Türkiyədə meşə yanğınları ilə bağlı son vəziyyət açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli məlumat verib.

Nazir bildirib ki, 33 vilayətdə 167 yanğın nəzarətə alınıb. 7 vilayətdə isə ümumilikdə 16 fərqli yerdə yanğın davam edir.