Dünya 22:52 30.07.2021

Türkiyədə meşələrə giriş qadağan edildi

Türkiyənin bir sıra əyalətlərində meşəlik ərazilərə, piknikə yerlərinə, milli parklarda giriş qadağan olunub.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qırxlareli, İstanbul, Çanaqqala, Bursa, Balıkesir, İzmir, Aydın, Dənizli, Niğde, Uşaq, Hatay, Qaziantep əyalətlərində qadağa sabahdan etibarən qüvvəyə minəcək və 1 ay çəkəcək. 

Məhdudiyyətlər Qaziantepdə avqustun 15-dək, Niğdedə sentyabrın 15-dək, Uşaqda sentyabrın 30-dək, Dənizli və Hatayda isə hətta oktyabrın 31-dək tətbiq olunacaq.