Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində nəqliyyat vasitəsi partladılıb.
Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, Mehmet Akif Ersoy küçəsində baş verən hadisə nəticəsində 3 suriyalı ölüb, yaralıların olduğu bildirilir.
Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı açıqlama verərək avtomobilin içində bomba olduğunu və hadisənin detallarının tezliklə müəyyənləşəcəyini deyib.
Gülşən
Şərhlər