Video 20:10 24.03.2020

Türkiyədə qalan tələbələrimiz: "Valideynlərimiz banklarla pul göndərə bilmirlər" (VİDEO)

Mersin Böyükşəhər Bələdiyyəsi, koronavirusunun yayılması səbəbiylə ölkələrinə dönə bilməyən azərbaycanlı tələbələrə qida dəstəyi verib.

Qaynarinfo  xəbər verir ki, ailələrindən maddi dəstək ala bilməyən tələbələr, e-poçt və sosial media vasitəsi ilə Mersin Bələdiyyə Başçısı Vahap Seçer ilə əlaqə quraraq qida yardımı istəyiblər. 

Mersin Böyükşəhər Bələdiyyəsinin Sosial Xidmətlər İdarəsi tələbələrimizə qida yardımı edib.

Mersin Universitetinin təhsil alan Azər Pənahov, Aydan Məmmədov və digər tələbələrimiz bu sözləri deyib: "Ailəmizdən maddi dəstək ala bilmirik. Çünki ölkədəki banklar virus səbəbiylə bağlandı. Çarəsiz bir durumda qalmışdıq. Çox sağ olsunlar ki, bizi qida ilə təmin etdilər". (unikal.org)