Xəbər lenti

Türkiyədə terror: 4 nəfər öldü, 13 nəfər yaralandı
Dünya 22:54 12.09.2019

Türkiyədə terror: 4 nəfər öldü, 13 nəfər yaralandı

Diyarbəkir vilayətinin Kulp və Muş şəhərləri arasındakı magistral yolda yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, yaralılar dövlət şəhər xəstəxanasına yerləşdirilib.

SABAH qəzetinin verdiyi məlumata görə, partlayışın Kürdüstan İşçi Partiyasının (PKK) üzvləri tərəfindən edildiyi iddia edilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->