Dünya 18:18 26.01.2020

Türkiyədə zəlzələ qurbanlarının sayı 38-ə çatdı (YENİLƏNİR)

Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə yüksəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.  

Qeyd olunub ki, zəlzələ nəticəsində 72 bina dağılıb, 514 binaya isə ciddi ziyan dəyib.  

Bildirilib ki, xilasedicilər dağıntılar altından 45 nəfəri xilas ediblər. Təbii hadisə zamanı həmçinin 1607 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

13.18

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artır.

Qaynarinfo NTV telekanalına istinadən xəbər verir ki, təbii fəlakət qurbanlarının sayı 35 nəfərə çatıb. Bu barədə Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay bildirib.

Onun sözlərinə görə, dağıntılar altında qalan 45 nəfər xilas edilib. Hazırda dağıntılar altında 14 nəfərin qaldığı ehtimal edilir. Ümumilikdə tibbi yardım üçün 1607 nəfər müraciət edib. Xəstəxanalarda hazırda 104 yaralı var, onlardan 32-nin vəziyyəti ağırdır.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.