Xəbər lenti

Dünya 10:22 09.10.2017

Türkiyədən ABŞ-a viza qadağası cavabı (FOTO)

ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsinə qoyduğu qadağadan sonra Türkiyə də ABŞ vətəndaşlarına qarşı eyni qadağanı qəbul edib.

"Qaynarinfo" "Milliyet"ə istinadən xəbər verir ki, ABŞ-ın İstanbuldakı konsulluğunun işçisi FETÖ ittihamı ilə həbs ediləndən sonra bu ölkə Türkiyə vətəndaşlarına qeyri-miqrant vizalarının verilməsini dayandırdığını bəyan etmişdi. ABŞ xarici işlər naziri Reks Tillersonun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon görüşündən sonra ABŞ səfirliyi "diplomatik sanksiya" məqsədilə yazılı açıqlama ilə çıxış etdi.


Türkiyə höküməti də səhər saatlarında eyni qərarı aldığını və ABŞ vətəndaşlarına viza verilməsinin dayandırıldığını açıqlayıb. Bu günə qədər viza almış vətəndaşların Türkiyəyə girişinə hansısa məhdudiyyətlər tətbiq edilməyəcək.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?