Danışıqlar masasında Azərbaycanın Naxçıvanla quru yol əlaqəsinin yaradılması üçün əlavə tələbi olmalıdır.
Qaynarinfo Axar.az-a istinadən xəbər verir ki, bunu ehtiyatda olan türkiyəli polkovnik Ünal Atabəy deyib.
"Azərbaycan meydanda lazım olanı edir. Danışıqlar masasında əsas məqsəd isə Dağlıq Qarabağın tamamilə işğaldan azad edilməsidir. Rəsmi Bakının eyni zamanda danışıqlar masasında Naxçıvan Muxtar Respublikası ilə quru yol əlaqəsinin yaradılması üçün əlavə tələbi də olmalıdır", - Atabəy bildirib.
Şərhlər