Türkiyəli aktyor saqqalını 10 min lirəyə satır

Türkiyəli aktyor saqqalını 10 min lirəyə satır

Türkiyəli aktyor Abdullah Özkaya 2010-cu ildən bəri kəsmədiyi və 42 santimetrə qədər uzanan saqqalını 10 min lirəyə satışa çıxarıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Malatya və İstanbulda teatr tamaşalarında oynayan və filmlərdə rol alan aktyor hərbi xidmətə çağırıldığı üçün bu addımı atır. O, əldə etdiyi gəlirin bir hissəsi ilə hərbi xidmət xərclərini qarşılamağı, bir hissəsini isə toy etməyə hazırlaşan həmkarına verməyi düşünür. Özkaya saqqalını alana 60 santimetr uzunluğunda olan saçlarını da hədiyyə edəcəyini deyib.

Aktyor 4 ay ərzində alıcı tapa bilməsə, saç və saqqalını Talessemiyalı Uşaqlar Sağlamlıq və Tədris Vəqfinə bağışlayacaq.
 
Camal
XƏBƏRLƏR
BLOGLAR