Türkiyəli jurnalistdən Şuşa paylaşımı (FOTO)

Türkiyəli jurnalistdən Şuşa paylaşımı (FOTO)

"CNN Türk” telekanalının əməkdaşı Fulya Öztürk Şuşa şəhərilə bağlı paylaşım edib.

Özünün "Instagram” səhifəsində Azərbaycan əsgərlərilə çəkdirdiyi fotosunu paylaşan jurnalist "Şuşadakı əsgərlərlə xatirə fotomuz”, - yazaraq qeyd edib.

Xatırladaq ki, F.Öztürk 44 günlük Vətən müharibəsini işıqlandıran ən fəal əcnəbi media nümayəndələrindən biri olub.

Xüsusilə də Gəncənin raket atəşinə tutulmasından sonra o, canlı efirə çıxaraq baş verən faciəni obyektiv və operativ şəkildə dünya ictimaiyyətinə çatdırıb.
X
XƏBƏRLƏR
BLOGLAR