Video 15:14 13.07.2020

Türkiyənin ən reytingli Radiosu "Kral FM"dən dəstək: Azərbaycanın yanındayıq (VİDEO)

Türkiyənin ən məşhur radio aparıcısı Ali Şentürk öz canlı efirində Azərbaycana dəstək ifadə edib.
 
Qaynarinfo sfera.az-a istinadən xəbər verir ki, "Afrikalı Ali" təxəllüsüylə məşhur olan aparıcı dəstək bəyanatının ardından radioda müğənni Azərinin "Çırpınırdı Qara Dəniz” mahnısını səsləndirilib.

"Azərbaycan 4 şəhid verib. 4 azərbaycanlı qardaşımız haqqın rəhmətinə qovuşub. Erməni tərəfindən ölənlərin sayı daha çoxdur. Ürəyi əsgərlərimizlə döyünən hər kəsə sevgilər və salamlar. Qardaş Türkiyə Azərbaycanın yanındadır”, deyən Ali Şentürk şəhidlərimizə də Allahdan rəhmət diləməyi unutmayıb.