Dünya 14:06 20.09.2019

Türkiyənin "S-400"ləri nə vaxt işlək vəziyyətdə olacaq?

Türkiyənin Müdafiə Sənayesi naziri İsmail Dəmir "S-400" raketdən müdafiə sistemi barədə açıqlama verib.

Qaynarinfo xəbər verir ki, nazirin sözlərinə görə, Rusiya istehsalı "S-400" sistemləri dekabr ayında qurulacaq. Şəxsi heyətin təlimi, həmçinin bəzi texniki məsələlərin həllindən sonra "S-400" müdafiə sistemi gələn ilin aprel ayında işlək vəziyyətə gətiriləcək. 

Gülşən