Xəbər lenti

Dünya 10:14 03.10.2017

Türkiyənin tanınmış aktyoru öldü

Türkiyənin tanınmış aktyoru Tevfiq Şen dünyasını dəyişib.

"Qaynarinfo"nun Türkiyə mətbuatına istinadən məlumatına görə, 6 aydır qaraciyər çatışmazlığından əziyyət çəkən aktyor 75 yaşında vəfat edib.

1969-cu ildə "Dönüşü olmayan yol" filmi ilə karyerasında başlayan T.Şen çəkildiyi filmlədə əsasən mənfi obrazların ifaçısı kimi yadda qalıb.

Qeyd edək ki, Cüneyt Arkın, Kemal Sunal, Sadri Alışık, Kadir İnanır, Fatma Girik ve Türkan Şoray kimi əfsanə isimlərlə birlikdə 200-dən çox filmdə rol alan aktyor rejissor kimi də fəaliyyət göstərib.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->