Türkiyənin Antalya şəhərində meşə massivi olan geniş bağ-park zonası yanır.
Qaynarinfo xəbər verir ki, şəhərin turizm bölgəsi olan Manavgat rayonunda 4 fərqli nöqtədə meşə yanğını başlayıb.
Yaşayış məntəqələrinə doğru yayılan yanğın səbəbindən 3 məhəllədə insanlar təxliyə edilib.
Güclü külək səbəbindən yanğınsöndürənlər alovu lokallaşdıra bilmirlər.
Yanğının səbəbləri məlum deyil.
Kənd Təsərrüfatı və Meşə Naziri Bəkir Pakdemirli əraziyə gəlib.
Şərhlər