Ölkə 19:02 31.07.2021

Türkiyənin yanğın bölgəsinə ezam olunmuş azərbaycanlı jurnalist xəstəxanaya yerləşdirildi

APA TV-nin Türkiyənin yanğın bölgəsinə ezam olunmuş əməkdaşı Xəqani Hüseynov xəstəxanaya yerləşdirilib.

Qaynarinfo xəbər verir ki, o, yanğın bölgəsində tüstüdən zəhərlənib.

Xaqani Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra o, Marmaris Dövlət Xəstəxanasına yerləşdirilib. Ondan qan nümunəsi götürülüb və ilkin diaqnoz olaraq tüstüdən zəhərləndiyi təsdiqlənib.