Xəbər lenti

Türkiyəyə aparılan xalq artistinin səhhəti ilə bağlı açıqlama
Sənət 12:39 16.07.2019

Türkiyəyə aparılan xalq artistinin səhhəti ilə bağlı açıqlama

Xalq artisti Yalçın Rzazadənin vəziyyəti ağır olaraq qalır.

Qaynarinfo kult.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artistinin oğlu Mətin Rzazadə deyib.

"Hazırda Türkiyədə müalicəni davam etdiririk. Analizlər götürülüb və Amerikaya göndərilib. Nəticələrə baxandan sonra yəqin ki, əməliyyat olunacaq. Düşünürəm ki, müalicə azı 3-4 ay çəkəcək”, – M.Rzazadə bildirib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl ürəyində və öd kisəsində problemlər yaranan Y.Rzazadə qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya yerləşdirilmişdi. Onun müalicəsini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->