Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Elmlər Akademiyasının maliyyələşməsinin dayandırılması haqda sərəncam imzalayıb.
Bu qərardan sonra 26 elmi-tədqiqat institutu və bir seysmoloji xidmət maliyələşmədən kənarda qalıb.
Türkmənistan Elmlər Akademiyasına həmçinin Ali Attestasiya Komissiyası, 17 ali məktəb, 2 tibbi araşdırma mərkəzi, bir kitabxana və 2 tipoqrafiya daxildir.
Türkmənistan Elmlər Akademiyası 1951-ci ildə Aşqabadda SSRİ EM-nın fililalı olaraq yaradılıb. Saparmurad Niyazıvun vaxtında fəaliyyəti məhdudlaşdırılsa da, Berdiməhəmmədov 2009-cu ildən onun fəaliyyətini tam bərpa etmişdi. (axar.az)
Şərhlər