Video 23:05 12.11.2017

Tüstü bacaları necə təmizlənməlidir? (VİDEO)

Havaların soyuması ilə qaz sobalarından istifadə halları da artır.

"Qaynarinfo" "Xəzər TV"yə istinadən xəbər verir ki, həm sobalardan düzgün istifadə olunmaması, həm də bacaların düzgün təmizlənməməsi dəm qazından zəhərlənmələrə səbəb olur.

Mütəxəssislər dəm qazının yaranma səbəbini daha çox bacaların təmizlənməməsində görür. Bu sahənin mütəxəssisi Tərlan Allahverdiyev dəm qazından qorunmanın yollarını izah edib.

Bütün sobalardan çıxan tüstü onun xüsusi çəkisinə görə bayıra atılır. Borunun diametri kiçik olduqda təhlükə yaranır. Təhlükəsizlk qaydalarına görə, bu ölçü 125 millimetr olmalıdır. Bundan əlavə, binanın damında bacalara əlavə vasitələr quraşdırmaq olmaz.

Sakinlər indidən işlərini ehtiyatlı tutmalı, bacaların təmizlənməsi işləri aparılmalıdır.


Qaynarinfo.Az