Xəbər lenti

Tvitter Trampın Floydla bağlı qoyduğu video çarxı sildi (SƏBƏB)
Dünya 18:41 05.06.2020

Tvitter Trampın Floydla bağlı qoyduğu video çarxı sildi (SƏBƏB)

Tvitter sosial şəbəkəsinin rəhbərliyi ABŞ prezidenti Donald Trampın Minneapolis şəhərində (Minnesota) polis tərəfindən zorakılıq görərək xəstəxanada ölən Corc Floydla bağlı videonu silib. 

Qaynarinfo xəbər verir ki, bu barədə cümə axşamı dövlət başçısının qərargahından verilən açıqlamada deyilib.

Amerika liderinin qərargahının mikrobloqu qeyd edir ki, Tvitter və şirkət rəhbəri Cek Dorsi Floydun faciəsindən sonra Trampın çıxışına senzura qoyub. Seçki qərargahının nümayəndələri deyirlər ki, media bu çıxışı işıqlandırmayıb.

Sosial şəbəkənin rəhbərliyi məsələyə aydınlıq gətirib. Bildirilir ki, 3 iyun tarixli video müəllif hüquqlarının pozulması ilə bağlı məlumata əsasən silinib. Trampın qərargahı YouTube hostinqində videoya keçid yerləşdirib. Dörd dəqiqəlik videoda Ağ Evin rəhbəri "radikal solçu qruplar" olan "şiddət və anarxiya təhlükəsi" barədə xəbərdarlıq edir. Videoda iğtişaşlar və soyğunçuluq kimi kadrların mülki şəxslərlə qardaşlaşan asayiş keşikçilərinin küçələrdə zibil toplaması kadrlarıyla necə dəyişdirildiyi göstərilir.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->