Xəbər lenti

Dünya 12:29 27.06.2025

"Twitter qatili" edam edildi (FOTO)

Yaponiyada sosial media vasitəsilə tanış olduğu 9 nəfəri qətlə yetirən və "Twitter qatilı" kimi tanınan Şiraişi Takahironun edam edildiyi bildirilib. 

Qaynarinfo xəbər verir ki, ədliyyə naziri Keisuke Suzuki Şiraişinin törətdiyi cinayətləri "soyğun, təcavüz, qətl, meyitləri hissələrə ayırma və gizlətmə" kimi xarakterizə edib.

Tokio şəhərində yaşayan Şiraişi Takahiro sosial media platforması "X" (əvvəlki adı "Twitter") üzərindən tanış olduğu şəxsləri öldürdüyü və onların cəsədlərini parçaladığı üçün ictimaiyyət arasında "Twitter qatilı" ləqəbi ilə tanınır.

2017-ci ildə mənzilində 8 qadın və 1 kişiyə aid insan qalıqlarının soyuducuda tapılmasından sonra həbs edilən Şiraişi 2020-ci ildə edam cəzasına məhkum edilib.



İstintaqı aparan rəsmilər bildiriblər ki, Şiraişi intihara meyilli şəxslərlə sosial şəbəkələrdə əlaqə yaradaraq onlara yardım təklif edib, daha sonra isə evinə çağırdığı qurbanlarını qətlə yetirərək cəsədlərini parçalayıb.

Məlumata görə, o, öldürməzdən əvvəl 8 qadını cinsi zorakılığa məruz qoyub. Həlak olan kişi isə qadınlardan birinin sevgilisi olub və Şiraişi onu qətlləri ifşa etməməsi üçün öldürüb.

Polis mənbələri Şiraişinin evində insan kəllələri və ətli hissələri təmizlənmiş sümüklər olan üç soyuducu qutu və beş qab tapıldığını bildirib. O, 23 yaşlı bir qadının itkin düşməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb.



Yapon mediasının məlumatına görə, qurbanların yaşları 15 ilə 26 arasında olub.

Tokio Təcridxanasında edam edilən Şiraişinin cəzası icra edilənə qədər ictimaiyyətdən gizli saxlanılıb.

Bu hadisə, Yaponiyada 2022-ci ilin iyul ayından bəri həyata keçirilən ilk edam olub.

Ədliyyə naziri Keisuke Suzuki məsələ ilə bağlı açıqlamasında "Bu işin nəticələri son dərəcə ağır oldu. Cəmiyyət üçün böyük bir şok və narahatlıq doğurdu" deyə qeyd edib.



Nazir əlavə edib ki, edam qərarı ciddi qiymətləndirmə və araşdırmalardan sonra verilib və cinayətlərin "tamamilə eqoist düşüncə və hisslərlə" törədildiyini vurğulayıb.

Qeyd edək ki, G7 ölkələri arasında yalnız Yaponiya və ABŞ-da ölüm hökmü tətbiq olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->