Xəbər lenti

Twitter Xamneyinin hesablarını dondurdu
Dünya 16:13 31.03.2020

Twitter Xamneyinin hesablarını dondurdu

İranın ali dini lideri Ayətullah Əli Xamneyinin twitter hesabları dondurulub.

Qaynarinfo xarici mətbata istinadən xəbər verir ki, profilə daxil olmaq istəyən istifadəçilər hesabın qaydaları pozması səbəbindən dondurulduğu bildirişi ilə qarşılaşıblar. Xamneyinin ingiliscə və farsca olan hesabları sonradan bərpa edilsə də, ərəbcə, urduca və fransızca olan hesabları hələ də açılmayıb.

Məsələ ilə bağlı nə sosial şəbəkə, nə də Xamneyinin ofisi açıqlama verməyib.

Qeyd edək ki, bunan əvvəl də Twitter Xamneyinin hesablarını bloklamışdı.

Camal

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->