Xəbər lenti

Ekonomiks 18:59 10.04.2018

"Uber" 200 milyon dollara velosiped şirkəti aldı

Taksi xidməti verən "Uber" velosiped şirkəti "JUMP"ı alıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, velosiped kirayələməklə məşğul olan şirkət artıq "Uber" tərkibində fəaliyyətinə davam edəcək. Satışın dəyəri 200 milyon dollar olub.

2011-ci ildə qurulan şirkət fəaliyyətinə "Social Bikes" kimi başlayıb və "JUMP" adı ilə davam edib. Bu xidmətlə 2 dollara 30 dəqiqəlik yolu velosipedlə qət etmək mümkündür. "JUMP" tətbiqetməsi əvvəlki fəaliyyətinə davam edəcək.

Qeyd edək ki, son dövrlərdə dünyada velosiped kirayələmək trend halını alır. Hindistanın "Ola", Çinin "Didi" və Cənub-şərqi Asiyadakı "Grab" şirkəti də eyni xidməti göstərməyə başlayıb.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->