Xəbər lenti

UEFA Bakıya 70 nəfərlik heyət göndərdi
İdman 19:37 19.08.2019

UEFA Bakıya 70 nəfərlik heyət göndərdi

2020-ci ildə təşkil olunacaq Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələrinin bu gün Bakıya işgüzar səfəri başlayıb. 

Qaynarinfo AFFA-nın saytına istinadən xəbər verir ki, 70 nəfərlik heyətlə paytaxtımıza gələn Avropa futbol təşkilatının nümayəndələri oyunların təşkilati prosesinə aidiyyəti olan müxtəlif sahələr üzrə işlərin gedişi ilə tanış olacaqlar. 

UEFA nümayəndələrinin səfəri avqustun 22-dək davam edəcək. Həmin gün, eyni zamanda, Avro-2020-nin UEFA sponsorlarının da nümayəndələri Bakıya gələcək, Bakı Olimpiya Stadionu, şəhərimizdəki otellər, Fan zonanın təşkil olunması planlaşdırılan ərazilərlə tanış olacaqlar.

Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, Avro-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->