İdman 10:51 01.04.2020

UEFA bu gün milli assosiasiyalarla videokonfrans keçirəcək

UEFA bu gün quruma üzv olan 55 milli assosiasiyanın baş katibləri ilə videokonfrans keçirəcək.

Qaynarinfo xəbər verir ki, görüş zamanı iki həftə əvvəl yaradılmış İşçi Qrupun nail olduğu inkişaf barədə yenilənmiş informasiya bölüşüləcək, yarışların yenidən təxirə salınması üçün təklif olunan variantları nəzərdən keçiriləcək. 

Gündəlikdə UEFA-nın bütün klub və yığma səviyyəli yarışlarındakı hazırkı vəziyyət, hazırkı vəziyyətin FIFA ilə müzakirəsi, futbolçularla bağlanılmış müqavilələrlə bağlı vəziyyət və Avropa futbolundakı transfer sistemi də yer alıb. 

Qeyd edək ki, hazırda dünyanı bürüyən koronavirus pandemiyası səbəbindən Avropada Belarusdan başqa bütün ölkələrdə liqalar dayandırılıb.