İdman 19:33 11.08.2020

UEFA "Keşlə" və "Sumqayıt"ın oyunlarının başlama saatını açıqladı

UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq daha 2 Azərbaycan təmsilçisinin oyunlarının başlama saatı müəyyənləşib.

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt" - "Şkendiya" (Makedoniya) görüşü saat 20:00-da start götürəcək.

"Keşlə" - "Laçi" (Albaniya) qarşılaşması isə saat 21:00-da başlayacaq.

Qitənin ikinci dərəcəli klub turnirindəki digər Azərbaycan təmsilçisi "Neftçi"nin Makedoniya "Şkupi"si ilə oyununun başlama saatı daha əvvəl açıqlanıb. Matçın startı saat 20:00-da veriləcək.

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" (Makedoniya) oyunu isə avqustun 18-də olacaq və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.