UEFA-nın sabiq prezidenti Nils Lennard Yohansson dünyasını dəyişib. Onun 89 yaşı var idi.
Qaynarinfo xəbər verir ki, Yohansson uzun müddətdi xəstəlikdən əziyyət çəkirdi.
İsveçli funksioner 1990-2007-ci illər aralığında UEFA-ya rəhbərlik edib. Bu mənada o, rekordçu sayılır.
Yohansson 1967-1980-cı illərdə AİK klubunun prezidenti olub. Daha sonra o, klubun fəxri prezidenti vəzifəsinə layiq görülmüşdü.
Şərhlər